Sahibkarlığın inkişafı iş yerlərinin açılması sərmayə qoyulmasının asanlaşdırılması üçün imkanlar yaradır.
Xezerxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, növbəti on il ərzində böyük sərmayə qoyuluşunu planlaşdırırıq: “Bu, bazarda innovasiyalara daha geniş imkan yaradacaq, ÜDM-ə öz təsiri göstərəcək. Əsas fokusumuz yeni bizneslərin yaradılması olacaq. Biz rəqəmsal savadlılığın artırılmasına nail olacağıq, əməkdaşlıqlarımız əsasən rəqəmsal ticarətin yaradılması istiqamətindədir. Süni intellektin imkanlarından istifadə edərək investisiya qoyuluşunu daha effektiv istifadə etməyə çalışacağıq".
Nazir müavini onu da əlavə edib ki, İqtisadiyyat Nazirliyi növbəti bir neçə ildə effektiv tədbirlərin görülməsini planlaşdırır.
“Bunlardan birincisi rəqəmsal bacarıqların yaradılmasıdır. Rəqəmsal əkizlər texnologiyalarına yaxından nəzarət edirik. Bu sahəni inkişaf etdirməklə öz dövlətimizə dəyər gətirmiş olacağıq. İqtisadiyyatların dayanıqlılığının təmin edilməsi üçün innovasiyaların gücündən daha geniş istifadə edəcəyik ki, cəmiyyətin rifahını təmin etmiş olaq”, - deyə nazir müavini əlavə edib.