Xəzər Xəbər

Gürcüstanın xarici dövlət borcu 8,4 milyard dolları keçib

İqtisadiyyat | 18:50 • 27 Noyabr 2023
Gürcüstanın xarici dövlət borcu 8,4 milyard dolları keçib

Cari ilin 10 ayında Gürcüstanın xarici dövlət borcu 758 milyon 842 milyon dollar artıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin oktyabrına olan məlumata görə, Gürcüstanın xarici dövlət borcu 8,440 milyard ABŞ dolları, bugünkü məzənnə ilə isə 22,830 milyard larini keçib. 2022-ci ilin oktyabrında isə ölkənin xarici borcunun məbləği 7,681 milyard dollar və ya ovaxtkı məzənnə ilə 21,323 milyard lari idi.

Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.

Xəbər lenti

Çox oxunanlar