Xəzər Xəbər

Zəngilanda silahlar və minalar aşkarlanıb FOTO

İqtisadiyyat | 09:11 • 24 Noyabr 2023
Zəngilanda silahlar və minalar aşkarlanıb

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar