Xəzər Xəbər

Qarabağın yenidən qurulması 9 mlrd. dollardan BAHA BAŞA GƏLƏCƏK

İqtisadiyyat | 11:36 • 23 Noyabr 2023
Qarabağın yenidən qurulması 9 mlrd. dollardan

Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.


Nazir həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.

“Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”- Mikayıl Cabbarov əlavə edib.

Xəbər lenti