Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün dövlətimiz tərəfindən ciddi işlər görülür. Dövlət Gömrük Komitəsi olaraq biz də bu proseslərin içindəyik.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.
Şahin Bağırov vurğulayıb ki, hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır: "Eyni zamanda, yeni layihələr üzərində iş aparırıq və artıq növbəti mərhələrdə tikinti işlərinə başlanacaq", - deyə Şahin Bağırov əlavə edib.