Qaz limiti kifayət qədər mürəkkəb məsələdir.
Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "2024-cü il üçün büdcə Zərfi"nin müzakirəsi zamanı deyib.
Nazir hesab edir ki, Azərbaycanda qazın qiyməti prinsipcə o qədər də yüksək deyil: "Ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, bunu açıq etiraf etməliyik”.