Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,2 dollar artaraq 87,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar bahalaşaraq 82,74 dollar təşkil edib.