Müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, dünyada hərbi münaqişələrin geniş vüsət aldığı şəraitdə dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir: "Bu risklər fonunda Beynəlxalq Valyuta Fondu cari ilin oktyabr hesabatında qlobal iqtisadi artımı 2023-cü il üzrə 3 faiz, 2024-cü il üzrə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırılıb".
Nazir cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alındığını vurğulayıb.
"Qeyri-neft qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir. Cari ildə qeyri-neft-qaz ixracında 11 faiz artım müşahidə edilib", - Mikayıl Cabbarov vurğulayıb.
Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşdüyünü müşahidə edirik”.