Xəzər Xəbər

Müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar rüsumdan azad ediləcək

İqtisadiyyat | 11:18 • 2 Noyabr 2023
Müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar rüsumdan azad ediləcək

Müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumundan azad ediləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb. 

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrin idxalı üçün gömrük rüsumu tutulmayacaq.

Xəbər lenti

Çox oxunanlar