Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcə kəsiri əvvəlki maliyyə ili ilə müqayisədə 320 milyard dollar (23 faiz) artaraq 1,695 trilyon dollar təşkil edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2022-ci maliyyə ilində ABŞ-nin büdcə kəsiri 1,375 trilyon dollar təşkil edib.
Cari maliyyə ilində büdcə gəlirləri 9 faiz azalaraq 4,439 trilyon dollara düşüb. Şəxsi gəlir vergisi daxilolmaları 17 faiz azalaraq 2,176 trilyon dollar olub.
ABŞ-nin büdcə xərcləri 2 faiz azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri 23 faiz artaraq 879,3 milyard dollara çatıb.
Sentyabrda büdcə kəsiri bir il əvvəlki 430 milyard dollarla müqayisədə 171 milyard dollar təşkil edib. Büdcə gəlirləri 467 milyard dollar, xərclər 638 milyard dollar olub.