Sentyabr ayında Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında qeydiyyata alınan yeni avtomobillərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq 1 milyon 166,7 min ədədə çatıb.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi məlumat yayıb. Bildirilir ki, cari ilin doqquz ayında ötən ilin müvafiq dövrünə görə qeydiyyata alınan avtomobillərin sayı 17 faiz artaraq 9,6 milyon ədəd təşkil edib.
Aİ-də yeni avtomobillərin satışı isə sentyabrda 9,2 faiz artıb. Beləliklə, satışlarda ardıcıl 14-cü aydır artım qeydə alınıb.
Hesabat dövründə elektriklə işləyən avtomobillərin satışı 14,3 faiz, hibrid avtomobillərin satışı 30 faiz artıb. Dizellə işləyən avtomobillərin satışı isə 12,5 faiz azalıb.
Bu ilin 9 ayında İtaliyada elektrikli avtomobillərin qeydiyyatdakı payı 3,9 faiz olub. (AZƏRTAC)