Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 448 mln. 887,44 min dollar dəyərində 21 752,59 ton əczaçılıq məhsulları idxal edib.
Xezerxeber.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2022-ci ilin 9 ayı ilə müqayisədə 1057,27 ton və ya 5,1% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 25 mln. 987,35 min dollar və ya 5,5% azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 474 mln. 874,79 min dollar dəyərində 20 695,32 ton əczaçılıq məhsulları idxal edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,6%-ni təşkil edib.