Xəzər Xəbər

Azərbaycanın strateji valyuta ehtiyatları 66.1 milyard dollara çatıb

İqtisadiyyat | 12:51 • 14 Oktyabr 2023
Azərbaycanın strateji valyuta ehtiyatları 66.1 milyard dollara çatıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik oldu. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib. 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb.

Xezerxeber.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Strateji valyuta ehtiyatları 2003-cü ildə 1.4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66.1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310.4 milyard dollar təşkil edib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44.7 faizdən 5.5 faizə enib, orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib”, - deyə Prezident Administrasiyasının rəhbəri vurğulayıb.

Xəbər lenti