Çinin avtomobil istehsalçıları yanvar-sentyabr aylarında ixracı 60 faiz artıraraq xarici ölkələrə 3,38 milyon avtomobil tədarük edib.
Xezerxeber.az xəbər verir ki, Çinin Sənaye Nazirliyi bu barədə ölkənin avtomobil istehsalçıları assosiasiyasına istinadla məlumat yayıb. Məlumata görə, təkcə sentyabr ayında 444 min avtomobil ixrac olunub.
Eyni zamanda, Çindən alternativ enerji mənbələri ilə çalışan avtomobil ixracı doqquz ay ərzində iki dəfədən çox artaraq 825 min ədədə çatıb. Sentyabr ayında müvafiq göstərici 96 min avtomobil təşkil edib (artım 92,8 faiz).
Dərc olunan statistikaya əsasən, yanvar-sentyabr aylarında Çində 21,07 milyon avtomobil istehsal edilib, artım 7,3 faiz olub.