“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ilə bağlı komitəyə indiyə kimi 60 təklif daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.
O deyib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb. Büdcə gəlirlərimiz 30 dəfədən çox, Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfə artıb.