Hazırda ölkədə taxıl ehtiyatı 4 aydan artıqdır. Bu da çox yaxşı göstəricidir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov oktyabrın 3-də keçirilən iclasda “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin müzakirəsindən sonra deputatların suallarını cavablandırarkən bildirib.
İstehlak bazarında strateji əhəmiyyətli siyahının Nazirlər Kabineti tərəfindən artıq təsdiq edildiyini diqqətə çatdıran İdarə Heyətinin sədri siyahının 3 bloku əhatə etdiyini və ərzaq mallarının adlarının əsas götürüldüyünü deyib. O, siyahıda 200 adda dərmanın da yer aldığını qeyd edib.
Özəl sektorun öhdəliyi məsələlərinə də aydınlıq gətirən Səbuhi Sadıqov subsidiya və güzəştlərdən danışıb, dövlət ehtiyatlarının yenilənməsi prosesində özəl şirkətlərin xidmətlərindən istifadə olunacağını bildirib.