Xəzər Xəbər

Yenilənmiş 5 qəpiklər tədavülə buraxıb

İqtisadiyyat | 09:31 • 25 Sentyabr 2023
Yenilənmiş 5 qəpiklər tədavülə buraxıb

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları bu gündən etibarən tədavülə buraxılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan bildirilib. 

Məlumata görə, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. 

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır. 

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Xəbər lenti

Çox oxunanlar