Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 26 milyard 333,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 16 milyard 776,7 milyon dollar, idxalın dəyəri 9 milyard 556,5 milyon dollar təşkil edib, nəticədə 7 milyard 220,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.