Almaniyada qeyri-adi yüksək inflyasiya və artan faiz dərəcələri iqtisadiyyatda geriləməyə səbəb olur, alman avtomobil istehsalçıları və təchizatçılarının qarşıdakı aylar üçün iş perspektivləri pisləşir.
Xezerxeber.az “Bloomberg”ə istinadla xəbər verir ki, mərkəzi ofisi Münhendə olan İqtisadi Tədqiqatlar İnstitutunun Biznes Mühiti Araşdırmasının nəticələrinə görə, Almaniya avtomobil sənayesinin cari vəziyyət indeksi avqustda düşüb.
Sektorun qarşıdakı aylar üçün iş gözləməsi mənfi 48 baldan mənfi 75 bala qədər azalıb.
Məlumata görə, avqust ayında istehsala maneə olaraq, avtomobil istehsalçılarının demək olar ki, yarısı sifarişlərin olmamasından şikayətlənib.