Xəzər Xəbər

Gömrükdə bəyan edilməyən zinət əşyaları aşkarlanıb FOTO

İqtisadiyyat | 13:26 • 30 Avqust 2023
Gömrükdə bəyan edilməyən zinət əşyaları aşkarlanıb

Yük nəqliyyat vasitəsində gümüş zinət əşyaları aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar