İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən Xezerxeber.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 46 min 258 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 749 milyon 835 min 936 manatdır.