Xəzər Xəbər

"Azərsu" ötən ili 180 milyon manat zərərlə başa vurduğunu bildirib HESABAT

İqtisadiyyat | 17:53 • 17 İyul 2023
"Azərsu" ötən ili 180 milyon manat zərərlə başa vurduğunu bildirib

"Azərsu" ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Xezerxeber.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "Azərsu" ASC 180 milyon 514 min manat xalis zərər açıqlayıb. 2021-ci ildə şirkət 552 milyon 230 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə şirkətin satış gəlirləri 6% artaraq 278 milyon 894 min manata, satışın maya dəyəri 4.3% artaraq 134 milyon 225 min manata bərabər olub. 2022-ci ildə şirkətin cəmi gəlirləri 290 milyon 993 min manat(illik müqayisədə 4.7% az), cəmi xərcləri 471 milyon 507 min manat (illik müqayisədə 45% az) təşkil edib. Beləliklə cəmi xərclər cəmi gəlirləri üstələdiyinə görə şirkət ötən ilidə zərərlə bitirib.

Şirkətin cəmi aktivləri 2022-ci ildə 27% və ya 276.3 milyon manat artaraq 1 milyard 298 milyon manata, cəmi öhdəlikləri isə 15.6% və ya 90.4 milyon manat artaraq 668.8 milyon manata yüksəlib.

Ötən il şirkətin yığılmış zərəri 8 milyard 36,2 milyon manata çatıb. 2023-cü ilin yanvar ayının 1-nə "Azərsu" ASC-nin cəmi kapitalı əvvəlki illə müqayisədə 42% artaraq 629 milyon 124 min manat olub.

 

Xəbər lenti

Çox oxunanlar