ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0.51% azalaraq 1 barelə görə 75.86 dollar təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1.65% artaraq, 70.94 dollar təşkil edib.