Xəzər Xəbər

"Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır AGENT BANK BİLİNDİ

İqtisadiyyat | 10:53 • 19 İyun 2023
"Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır

19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın bütün filial və şöbələrində, müflis elan edilmiş “Günay Bank” əmanətçilərinə kompensasiyaların verilməsi prosesinə başlanılır.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Günay Bank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində - “Bank Respublika” ASC seçilmişdir.

Əmanətçilər, kompensasiyaların alınması üçün “Bank Respublika” ASC-nin müvafiq filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.

 

Xəbər lenti