Xəzər Xəbər

Nazir: Dövlət büdcəsinə dəyişikliklər hədəflərimizin yerinə yetirilməsinə yönəldilib

İqtisadiyyat | 12:14 • 6 İyun 2023
Nazir: Dövlət büdcəsinə dəyişikliklər hədəflərimizin yerinə yetirilməsinə yönəldilib

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər qarşıya qoyulan hədəflərin yerinə yetirilməsinə yönəldilib.

Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə 1 milyard 105 milyon manat vəsait tələb olunur. Yəni, ölkənin müdafiə və təhlükəsizliyi məsələləri üzrə xərclər büdcədə 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərin çəkisi 3 milyard 70 milyon manat olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk iclasında, 2023-cü il üçün büdcəyə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Maliyyə naziri bildirib ki, digər əlavə maliyyə təyinatı beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı vəzifələrin icrasına yönəldiləcək. Bunun üçün dövlət büdcəsindən 795,9 milyon manat həcmində əlavə maliyyə təminatının yaradılması zəruri hesab edilir.

Samir Şərifov diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsinə gəlirlərin 14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Xəbər lenti

Çox oxunanlar