Xəzər Xəbər

Dövlət büdcəsi müzakirə olunur

İqtisadiyyat | 11:30 • 6 İyun 2023
Dövlət büdcəsi müzakirə olunur

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən cari ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini təqdim edib.

Xezerxeber.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500 min manat, xərcləri 36 milyard 568 milyon 800 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798 min manat, yerli gəlirləri 764 milyon 702 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792 min manat, yerli xərcləri 777 milyon 8 min manat) məbləğində təsdiq edilir.

Büdcəyə dəyişikliklər “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi zərurətindən yaranıb.

Dəyişikliklər il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair l Dövlət Proqramının icrası və digər məsələləri özündə ehtiva edir.

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi hədəflər gözlənilməklə tərtib olunub.

Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Xəbər lenti