Xəzər Xəbər

Banklar komissiya haqqını niyə artırır?

Mərkəzi Bankın sədri cavab verdi
İqtisadiyyat | 12:24 • 5 İyun 2023
Banklar komissiya haqqını niyə artırır?

Əgər bankomatlardan pulçıxarma faizi aşağı salınsa, insanlar daha çox pulu nağdlaşdırmağa üstünlük verəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, əsas məqsəd nağdsız ödənişləri təşviq etməkdir.

“Banklar ona görə komissiyanı artırır ki, nağd çıxarmaq sərf etməsin, getsin, ödəniş etsin. Nağdsız ödəniş üçün hər yerdə terminallar mövcuddur. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, - deyə Taleh Kazımov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar