Xəzər Xəbər

OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər

İqtisadiyyat | 09:06 • 4 İyun 2023
OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər

OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.

Xezerxeber.az xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.

Qeyd edək ki, nazirlərin son görüşü 2022-ciu ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.

Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir.

Xəbər lenti

Çox oxunanlar