"Biz bu gün üçün işğaldan azad edilmiş ərazilərin 4 min meqavatlıq günəş enerjisi və 5 min meqavatdan çox külək enerjisi potensialını müəyyən etmişik. Həmçinin Qarabağ Azərbaycanın su ehtiyatlarının formalaşma mənbəyidir. Bu istiqamətdə su ehtiyatlarının bərpası, eləcə də mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir", - deyə o bildirib. (trend)