Xəzər Xəbər

Azərbaycanda istehsal olunan avtomobillərin satışı ƏDV-dən azad olunacaq QANUN LAYİHƏSİ

İqtisadiyyat | 20:00 • 18 May 2023
Azərbaycanda istehsal olunan avtomobillərin satışı ƏDV-dən azad olunacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024