Xəzər Xəbər

Qazaxıstan, Çin və Rusiya gələcək qaz kəmərinin marşrutunu müəyyənləşdirib

İqtisadiyyat | 13:50 • 16 May 2023
Qazaxıstan, Çin və Rusiya gələcək qaz kəmərinin marşrutunu müəyyənləşdirib

Astana, Pekin və Moskva Qazaxıstanın şimal rayonlarından keçməklə Rusiyadan Çinə qaz kəmərinin inşası məsələsini müzakirə edir.

Xezerxeber.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib. Onun sözlərinə görə, qaz kəmərinin ilkin marşrutu müəyyən edilib və hazırda tikintinin şərtləri müzakirə olunur.

2023-cü ilin fevralında Qazaxıstanın sabiq energetika naziri Bolat Akçulakov “QazaqGaz” və “Qazprom” kompaniyalarının Rusiyadan Çinə beynəlxalq qaz kəmərinin inşası məsələsini nəzərdən keçirdiyini bildirmişdi. Qaz kəmərinin Kustanay, Astana, Pavlodar, Semipalatinsk və Ust-Kamenoqorsk şəhərlərindən keçəcəyi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar