Xəzər Xəbər

Hansı tarixədək ödənişi edilmiş avtomobil ölkəyə gətirilə bilər? - Gömrük Komitəsi açıqladı YENİLƏNİB

İqtisadiyyat | 14:52 • 30 Mart 2023
Hansı tarixədək ödənişi edilmiş avtomobil ölkəyə gətirilə bilər? - Gömrük Komitəsi açıqladı

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

14:02

29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Qeyd edək ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. 

Xəbər lenti

Çox oxunanlar