Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub.
Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Baş nazir qeyd edib ki, əhalinin ərzaq təminatının yaxşıladırılması istiqamətində tədbirlər görülüb, əsas ərzaq məhsullarının ehtiyyatı yaradılıb. O, bildirib ki, eyni zamanda ölkədə su probleminin həlli hökumət qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Artıq su ehtiyyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb.