Yaxın zamanda Dövlət Gömrük Komitəsinin (DGK) tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi gözlənilir.
Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, ilk növbədə çatmaq üzrə olan yüklərə dair məlumatlar almaq üzrə məqsədləri əldə etmək niyyətindəyik. Yük fiziki olaraq Azərbaycan ərazisinə daxil olduqdan sonra biz minimal müddətdə onu rəsmiləşdirərək göndərə biləcəyik", - DGK sədri deyib.