Xəzər Xəbər

Taxıl sazişinin müddəti uzadıla bilər

İqtisadiyyat | 12:20 • 14 Mart 2023
Taxıl sazişinin müddəti uzadıla bilər

Taxıl sazişi xüsusi uzadılma mexanizmlərini nəzərdə tutmur və tərəflərdən hər hansı biri onun əleyhinə çıxmasa, saziş martın 18-dən sonra avtomatik olaraq uzadılacaq.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, tərəflərdən heç biri etiraz etməsə, taxıl sazişi hazırda olduğu kimi, heç bir dəyişiklik və əlavələr olmadan davam edəcək. Hazırda tərəflərdən heç biri sazişdən çıxmaq niyyətində olduğunu bəyan etməyib.

Qeyd edək ki, 2022-ci il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT-nin iştirakı ilə imzalanmış taxıl sazişi dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün Kiyevin nəzarətində olan Qara dəniz limanlarından daşımaları nəzərdə tutur.

Xəbər lenti

Çox oxunanlar