ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin uçut dərəcəsini artırmaq barədə qərarından əvvəl 1,0640-1,0650 aralığında dəyişən avro/dolar məzənnəsi, qərardan dərhal sonra 1,0578-ə qədər geriləyib.
Qardaş Türkiyədə də lirə dərhal dəyərini itirərək 3,4603-dən 3,5115-ə yüksəlib.
Digər tərəfdən, qızılın unsiya qiyməti qərardan sonra 1.160 dollardan 1,152 dollara düşüb, ABŞ-ın 10 illik dövlət istiqraz vərəqəsi isə 2,44-dən 2,47 faizə yüksəlib.
FED-in açıqlamasından qabaq dalğalanan ABŞ birjaları toplantının qərarından sonra itkilərini artırıb. Dow Jones İndeksi 0,06 faiz, S&P 500 İndeksi 0,26%, Nasdaq Texnoloji İndeksi isə 0,26 faiz azalıb.
Brent markalı xam neftin qiyməti də 54,65 dollardan 54,13 dollara enib./Faktxəbər