Xəzər Xəbər

FED bazarda hər hansı sarsıntı gözləmir

İqtisadiyyat | 12:16 • 15 Dekabr 2016
FED bazarda hər hansı sarsıntı gözləmir

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsinin baza hissəsinin artırılması haqqında qərar ilə əlaqədar bazarlarda sarsıntı gözləmir. XəzərXəbər “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu FED-in başçısı Canet Yellen bildirib.

O, jurnalistlərin “Bu qərar bazarlarda hər hansı sarsıntıya səbəb ola bilərmi?” sualına belə cavab verib: “Faiz dərəcələrinin artırılması haqqında qərar iqtisadiyyatda inkişafa nail olduğumuza inam yaradır. O, bazar məzənnələrinə yalnız cüzi təsir göstərə bilər”.

ABŞ Federal Ehtiyatlar Sisteminin açıq bazarlar üzrə komitəsi 2016-cı ildə sonuncu iclasının yekunlarına görə, ilk dəfə illik faiz dərəcəsinin baza hissəsini artıraraq, 0,25-0,5 faizdən 0,5-0,75 faizə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar