Xəzər Xəbər

Bəzi rayonların qaz təchizatında fasilə yaranıb

İqtisadiyyat | 23:02 • 10 Dekabr 2022
Bəzi rayonların qaz təchizatında fasilə yaranıb

“Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb”.

 SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.

“Azəriqaz” İB-dən xezerxeber.az-a verilən məlumata görə, abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib: "Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”.

Xəbər lenti