Xəzər Xəbər

Dövlət büdcəsində neftin qiyməti 50 dollar müəyyənləşdirilib

İqtisadiyyat | 14:16 • 9 Dekabr 2022
Dövlət büdcəsində neftin qiyməti 50 dollar müəyyənləşdirilib

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.

Xezerxeber.az xəbər verir ki, bu rəqəm Milli Məclis tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Dövlət büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılıb.

Xəbər lenti