Xəzər Xəbər

Baş nazir: Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur

İqtisadiyyat | 12:13 • 9 Dekabr 2022
Baş nazir: Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur

“Hazırda ölkədə ərzaqla bağlı problem yoxdur və olmayıb”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 90 günlük mal ehtiyatları yaradılıb, başlıca məqsəd əhalini əsas ərzaq məhsulları ilə təmin etməkdir: “Əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması məqsədilə inflyasiya təsirlərinin azaldılması üçün zəruri tədbirlər görülür, bundan sonra da görüləcək”.

Xəbər lenti