7A nömrəli müntəzəm sərnişin avtobuslarının hərəkət etdiyi yollarda avtobus zolaqları təşkil olunacaq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyat Agentliyinin "BNA" Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.
O bildirib ki, 7A nömrəli avtobuslar Gəncə-Qara Qarayev-Ziya Bünyadov-Moskva prospektlərindən keçir. Bu ərazilərdə avtobus zolaqlarının təşkili avtobuslar arasında intervalın azalmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatdan istifadənin artmasına imkan verəcək.