Xəzər Xəbər

Naxçıvana ayrılan dotasiya azaldılacaq

Gələn il üçün dövlət büdcəsinin xərclərindəki dəyişikliklər açıqlanıb
İqtisadiyyat | 12:44 • 25 Noyabr 2022
Naxçıvana ayrılan dotasiya azaldılacaq

“Gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək: "Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycanın maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.

Xəbər lenti

Çox oxunanlar