Noyabrın 24-də saat 10:00-dan noyabrın 26-sı saat 22:00–dək Bakı şəhərinin Binəqədi rayonu ərazisindəki “Baksol” yolunda təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması ilə əlaqədar sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.