Xəzər Xəbər

Buğda ucuzlaşacaq

Bu barədə hesabatda bildirilir
İqtisadiyyat | 10:54 • 1 Noyabr 2022
Buğda ucuzlaşacaq

Qlobal əmtəə bazarlarında buğda 2025-ci ilə kimi ucuzlaşacaq.

Xezerxeber.az-ın məlumatına görə, "APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib.

Bankın proqnozuna görə, bu ilin sonuna kimi buğdanın dünya bazarlarında qiyməti hər ton üzrə 430 dollar (aprel proqnozu ilə müqayisədə 20 bənd az) təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə 36,4 dollar çoxdur.

Dünya Bankının proqnozuna görə, 2023-cü ildə buğda 410 dollara (aprel proqnozu ilə müqayisədə 30 bənd çox), 2024-cü ildə isə 405 dollara ticarət ediləcək.

“Buğdanın qiymətləri 2022-ci ilin üçüncü rübündə təxminən 20 faiz aşağı düşüb, lakin onlar hələ də bir il əvvəlki qiymətdən yüksəkdir. Ötən mövsüm Argentina və Ukraynada azalmalar (hər ikisi əkin sahələrinin azalması səbəbindən) Avstraliya, Kanada və Rusiya da daxil olmaqla əsas ixracatçılarda gözləniləndən yüksək məhsuldarlıqla kompensasiya ediləcək. Heyvan yeminə gözləniləndən daha zəif tələbat səbəbindən buğdanın qlobal istehlakının 0,5 faiz azalacağı gözlənilir. Nəticədə, anbarların istifadə səviyyəsi keçən mövsümlə müqayisədə təxminən dəyişməyərək 0,34 səviyyəsində qalacaq”- deyə Bankın hesabatında qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar