Xəzər Xəbər

Manatın nominal məzənnəsi artır - Səbəblər açıqlandı

İqtisadiyyat | 15:11 • 28 Oktyabr 2022
Manatın nominal məzənnəsi artır - Səbəblər açıqlandı

Valyuta bazarında tədiyə balansının profisitini, manata olan böyük tələbatı nəzərə alaraq Mərkəzi Bank cari ilin oktyabrın 27-dək əməliyyatları əsasən alış yönümlü aparıb.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

O bildirib ki, qeyd olunan tarixədək Mərkəzi Bank 967 mln ABŞ dolları alış yönümlü əməliyyatlar keçirib. Həmin tarixə Azərbaycan Dövlət Neft Fondunun qənaəti də 820 mln ABŞ dolları olub və ilin ortasında dürüstləşmə də nəzərə alınmaqla kifayət qədər böyük qənaət qeydə alınıb.

“Tədiyyə balansının profisitdə olması, tərəfdaş ölkələrdə yüksək inflyasiya, bəzi ölkələrdə yerli valyutanın bahalaşması manatın nominal effektiv məzənnəsinin bahalaşmasına imkan yaradıb. Cari ilin ilk 9 ayının nəticələrinə əsasən, nominal effektiv məzənnə 7,5% artaraq inflyasiyaya azaldıcı təsir edib”, - deyə T. Kazımov əlavə edib.

Xəbər lenti