Xəzər Xəbər

Mikayıl Cabbarov: "Azərbaycan İnvestisiya Holdinqlərinin yaradılması vəziyyəti dəyişdi"

İqtisadiyyat | 14:43 • 28 Oktyabr 2022
Mikayıl Cabbarov: "Azərbaycan İnvestisiya Holdinqlərinin yaradılması vəziyyəti dəyişdi"

“İqtisadiyyat inkişaf etdikcə, həm insanlar, həm də sahibkarlar tərəfindən gözləntilər artır”.

XəzərXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Biz bir çox infrastruktur obyektlərini tikirik. Lakin onların idarəedilməsində 100 faizlik qənaətçi səmərəli idarəetməni həyata keçirə bilmirik. Biz bunu harada aydın şəkildə görürük? Həyata keçirdiyimiz böyük, iri dövlət müəssisələrinin fəaliyyətində səmərəliyinin artırılmasına yönəlmiş son illərdə atılan addımlarda.

Azərbaycan İnvestisiya Holdinqlərinin yaradılması tam fərqli mənzərəni ortaya qoydu. İllərlə struktur kəsirləri, illərlə struktur zərərləri fəaliyyət göstərən iri dövlət müəssisələri kapital tutumlu layihələr həyata keçirdiyi halda, görürük ki, orada böyük həcmdə səmərəlik potensialı var. Bu, dövlət şirkətlərinə aid deyil, bu dövlət agentliklərinə, orqanlarına həmin kapital infrastuktunun operatorlarına da aiddir”.

Xəbər lenti