Xəzər Xəbər

Mərkəzi Bankın neftin qiymətilə bağlı proqnozu açıqlanıb

İqtisadiyyat | 11:39 • 28 Oktyabr 2022
Mərkəzi Bankın neftin qiymətilə bağlı proqnozu açıqlanıb

"2022-ci ilin sonunda neftin barelinin 98,2 dollar, 2023-cü ildə 85,52 dollar olacağını gözləyirik”.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

T.Kazımov qeyd edib ki, bu, bizə ölkənin stabil iqtisadi artımının dəstəklənməsi üçün təməl yaradır.

O əlavə edib ki, uçot dərəcəsinin artırılması ilk növbədə xarici amillərlə bağlıdır: “Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,1 dəfə, qeyri-neft ixracı 17 faiz artıb, eyni zamanda enerji ehtiyatları qiymətləri yüksəlir”.

Xəbər lenti