Xəzər Xəbər

Nəqliyyatda qiymət artımı olacaq?

Nazir müavini açıqlama verdi
İqtisadiyyat | 17:09 • 27 Oktyabr 2022
Nəqliyyatda qiymət artımı olacaq?

"Azərbaycanda ictima nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır".

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.

"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyatı təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrində görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o, qeyd edib. (Report)

Xəbər lenti

Çox oxunanlar