Xəzər Xəbər

Rəşt-Astara dəmir yolunun tamamlanması üçün 800 milyon avroya ehtiyac var

İqtisadiyyat | 15:55 • 27 Oktyabr 2022
Rəşt-Astara dəmir yolunun tamamlanması üçün 800 milyon avroya ehtiyac var

Rəşt-Astara dəmir yolunun tamamlanması üçün 800 milyon avro məbləğində sərmayəyə ehtiyac var.

Bu sözləri İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətinin rəhbəri Xeyrullah Xademi deyib. O bildirib ki, yolun tikintisinin davam etdirilməsü üçün Rusiya və Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Rusiya sərmayə yatıracağına söz verib. Lakin bir sıra məsələlər var ki, onların da həlli vacibdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dəmir yolunun keçdiyi ərazilər kənd təsərrüfatına yararlı torpaqladır və qanunla bu torpaqlar əhaliyə məxsusdur. Torpaq sahələrinin alınması üçün də maliyyə vəsaitinə ehtiyac var.

Xeyrullah Xadimi nəzərə çatdırıb ki, İran Rusiyanın sərmayəsini gözləməklə yanaşı, başqa mənbələrdən də maliyyə vəsaiti cəlb etməyə çalışacaq.

Dövlət şirkətinin rəhbəri Rəşt-Astara dəmir yolunun əhəmiyyətindən danışaraq qeyd edib ki, bu yol İranı Rusiya və Şərqi Avropa ölkələri ilə nəqliyyat baxımından birləşdirəcək. Hindistana və əks istiqamətə ixrac edilən yüklər İran üzərindən daşınacaq ki, bu da büdcə gəlirlərini artırmaqla yanaşı, regionda sabitliyin daimi xarakter daşımasına töhfə verəcək.

Qeyd edək ki, 164 kilometrlik Rəşt-Astara yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt-Astara hissəsinin isə tikilib başa çatdırılması üçün maliyyə vəsaitinə ehtiyac var. (AZƏRTAC)

Xəbər lenti