Xəzər Xəbər

“Mercedes-Benz” şirkəti Rusiyadakı zavodunu satıb

İqtisadiyyat | 14:42 • 26 Oktyabr 2022
“Mercedes-Benz” şirkəti Rusiyadakı zavodunu satıb

“Mercedes-Benz” şirkəti Rusiyadakı zavodunu “Avtoprom” şirkətinə satıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, “Mercedes-Benz” Moskva vilayətindəki zavodunu “Avtoprom” şirkətinə 2 milyard avroya satıb.

“Mercedes”in Rusiyadan getməsinin əsas səbəbləri Avropadan 50 min avrodan artıq dəyəri olan avtomobillərin, eləcə də ABŞ-dan hər hansı avtomobilin Rusiyaya gətirilməsinə qadağa qoyulması, habelə sanksiyalar üzündən avtomobil hissələrinin daşınmasında yaranan problemlərdir.

Qeyd edək ki, “Mercedes” son bir neçə ayda Rusiyada istehsalını dayandıran üçüncü iri avtomobil şirkətidir. Bundan əvvəl “Renault” və “Nissan” şirkətləri də bu ölkədə istehsala xitam vermişdi.

“Mercedes-Benz”in Moskva vilayətindəki zavodunda gələcəkdə Çin avtomobil markalarından birinin istehsalına başlanacağı ehtimal olunur.

Xəbər lenti

Çox oxunanlar